![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/2/28/1/7215bd15-7c6b-47ad-9b81-27a485aeea61/1709103201volcano-facts-for-kidsjpg.jpg)
Meksikada Popo-Kate-Petl vulkanı yenidən aktivləşib.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, kraterdən iki kilometr yüksəkliyə qalxan qatı tüstüyə görə yerli hakimiyyət sarı həyəcan səviyyəsi elan edib. Əhali evakuasiyaya hazırlaşmağa çağırılıb.
Vulkan paytaxt Mexiko şəhərinin cənub-qərbində yerləşir və təxminən 25 milyon insan yüz kilometr radiusda yaşayır. O, 1994-cü ilin püskürməsinə qədər sönmüş vulkan hesab olunurdu, lakin o vaxtdan bəri ən aktiv vulkanlardan birinə çevrilib.