Fələstin hökuməti istefa verəcək - KİV

Sadə xəbər
DÜNYA 26.02.2024 3063

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

"Saat24.az" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top