Sadə xəbər
Son vaxtlar Azərbaycanda əhali daha çox dollar almağa başlayıb.
Mərkəzi Bankda keçirilən valyuta hərracında dollara tələb yüksək olub. Hərracda banklar 108,1 milyon dollar dəyərində xarici valyuta alıblar.
Mərkəzi Bank tələbin artmasını mövsümi məsələlərlə əlaqələndirsə də, ekspertlər bununla tam razılaşmırlar.
İqtisadçı-ekspert Eyyub Kərimli deyir ki, sosial şəbəkələrdə dolların məzənnəsinin artacağı ilə bağlı yayılan yalan məlumatlar bu valyutanın alışına xeyli təsir edir. Bununla yanaşı, təbii amillər də var.
Eskpertlər hesab edirlər ki, prosesin daha dəqiq qiymətləndirilməsi aprel ayında aparıla bilər. Bayramlardan sonra süni amillərin tələbatın artmasına nə dərəcədə təsir etdiyini daha dəqiq görmək mümkün olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.