ABŞ Rusiyanın 500 obyektinə sanksiya tətbiq edəcək

Sadə xəbər
DÜNYA 23.02.2024 2998

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları xarici obyektlər də daxil olmaqla 500 obyektə təsir edəcək.

"Saat24.az"ın məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemoya istinadən bildirib.

Məlumata əsasən, U.Adeyemo bildirib ki, ABŞ və digər ölkələr tərəfdaşlıq şəklində Rusiyaya ehtiyacı olan material və mallara çıxış əldə etməyə kömək edən ölkələrin şirkətləri ilə birlikdə Rusiyanın hərbi sənaye kompleksini əsas hədəf görürlər.

Ötən gün Prezident Co Bayden ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları fevralın 23-də elan edəcəyini açıqlamışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top