12 nəfər "İlin qadını" adına layiq görüləcək

Sadə xəbər
DÜNYA 22.02.2024 3097

"Time" jurnalı "2024-cü ilin qadını" adına 12 namizədin siyahısını dərc edib.

"Saat24.az" xəbər verir ki, onların arasında elm, mədəniyyət və idman xadimləri, o cümlədən, ictimai fəalları da var.

KİV bildirir ki, onların ortaq cəhəti qadın və cəmiyyət üçün daha yaxşı gələcək qurmaq və bunun nə ola biləcəyini öz nümunələri ilə göstərməkdir.

İlk sırada "Oskar" nominasiyasına namizəd olmuş aktrisa və kinorejissor Qreta Qerviq də var. Siyahıdakı digər kino ulduzu Taraji Hensondur, o, aktyorluq edən kişi və qadınların bərabər maaşı uğrunda mübarizə aparır və Hollivudda maaş bərabərsizliyi məsələsini müntəzəm olaraq gündəmə gətirir.

Siyahıya iqtisadiyyat üzrə 2023-cü il Nobel mükafatı laureatı Klaudia Qoldin daxildir, onun tədqiqatları iqtisadiyyatda qadın əməyinin roluna və bu rolun tarixdə necə dəyişdiyinə diqqət yetirir. Digər bir alim,  Marlena Feizo hamilə qadınlarda toksikozu tədqiq edərək, ona meylin genetik meyldən asılı olduğunu müəyyən edib.

Siyahının müəllifləri İsrail və Fələstində sülh naminə birgə çalışan qadın fəalların olacağını istisna etməyiblər.  

Siyahıda ümumilikdə 12 namizəd var. "Time" jurnalı seçimini martın əvvəlində Los-Ancelesdə keçiriləcək mərasimdə elan edəcək.

XƏBƏR LENTİ
24.07.2024 2060

DİGƏR XƏBƏRLƏR

Loading
Top