"Ukraynanın şərqindəki dörd bölgə “mütləq Rusiya" ərazisidir.
"Saat24.az" xəbər verir ki, bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo "RİA Novosti" ilə söhbətində deyib.
"Son 10 ildə Rusiya Federasiyasının tərkibinə daxil olan bölgələrlə yanaşı, tarixi Rusiya əraziləri Xarkov, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətləridir. Bu, mütləq Rusiyadır", - deyə rəsmi bildirib.
O qeyd edib ki, Kirovoqrad, Sumı, Poltava, Çerniqov və Çerkassı vilayətləri də tarixən Rusiya ilə qırılmaz şəkildə bağlıdır.
Saldo əlavə edib ki, Kiyev “Rusiya şəhərlərinin anası”dır.
Qeyd edək ki, ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritterin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüş meydanındakı çətin vəziyyəti fonunda Odessa, Nikolayev, Xarkov və Dnepr 2024-cü ilin sentyabrına qədər Rusiya Federasiyasının bir hissəsi ola bilər.