Mərkəzi Aran Regional Təhsil İdarəsində jurnalistlərlə görüş olub-Foto

Sadə xəbər
CƏMİYYƏT 15.02.2024 2749
Fevralın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgədəki media nümayəndələri ilə görüş keçirilib.
Saat24.Az xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və müxtəlif media qurumunu təmsil edən jurnalistlər iştirak edib.
Təhsil İdarəsinin müdiri Elçin Kərimov ilk olaraq Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı andan bu günə qədər görülmüş işlər barədə məlumat verib və qarşıda duran hədəfləri diqqətə çatdırıb. O, bölgədə çalışan media nümayəndələri ilə effektiv kommunikasiyanın qurulduğunu və inkişaf etdirildiyini bildirib.
Sonra media nümayəndələrinin təhsillə bağlı sualları cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib.
Sonda media nümayəndələri ilə birgə Təhsil İdarəsində yaradılan Çağrı Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə baxış keçirilib, xatirə şəkli çəkdirilib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top