Həzm sisteminin yavaş işləməsi, qazın yığılması və ya həddindən artıq duz qəbulu kimi vəziyyətlər şişkinliyə səbəb ola bilər. Onu dərhal aradan qaldırmaq mümkün olmasa da, bəzi yollarla şişkinliyin qarşısını almaq mümkündür.
”Saat24.az” şişkinliyi azalda biləcək 7 ədviyyatı təqdim edir:
1. Kişniş toxumu
Kişniş sağlam bağırsaq mikrobiomunu dəstəkləməyə kömək edə biləcək antibakterial xüsusiyyətlərə malikdir. Belə ki, yeməyə əlavə edildikdə, kişniş həzm prosesini sürətləndirməyə kömək edə bilir.
2. Zəncəfil
Zəncəfilin mədə hərəkətliliyini artıra, bağırsaq kramplarını və şişkinliyi azalda biləcəyi müəyyən edilib. Eyni zamanda, bulantı və qusmanın qarşısının almasına da kömək edir.
3. Zirə
Cəfəri ailəsinin üzvü olan zirənin bağırsaq sağlamlığına təsiri ilə yanaşı ürək sağlamlığına da faydası vardır. Zirə qidaların həzm edilməsi və udulması üçün zəruri olan öd istehsalını dəstəkləyir.
4. Rəzənə toxumları
Şüyüd toxumu antioksidant, antimikrobiyal və antifungal birləşmələri ehtiva edir. Şüyüd toxumlarında sağlam bağırsaq əzələlərinin daralmasını dəstəkləyən birləşmələr var, yəni şüyüd bağırsaqdakı arzuolunmaz mikroorqanizmləri azaldaraq həzmi yaxşılaşdıra bilir.
5. Darçın
Araşdırmalar göstərir ki, darçın qusma, şişkinlik, öskürək və yorğunluq kimi bir çox vəziyyəti yaxşılaşdıra bilir. Bundan əlavə, qan dövranını sürətləndirməyə, sağlam həzmi dəstəkləməyə və şişkinliyi aradan qaldırmağa kömək edə bilər.
6. Kardamom
Astma, konjestif sarılıq və həzmsizlik kimi müxtəlif sağlamlıq problemlərini müalicə edə bilər. Bundan əlavə, kardamon yeməkdən sonra qazla mübarizə aparmağa kömək edə bilər və sidikqovucu olduğu üçün şişkinlik hisslərinə səbəb ola biləcək artıq mayenin çıxarılmasına kömək edir.
7. Qara bibər
Qara bibərin tərkibindəki piperin birləşməsi sayəsində həzmi yaxşılaşdırdığı və qida maddələrinin udulmasını artırdığı müşahidə edilib . Yəni daha yaxşı həzmi təmin edən bu birləşmə daha az şişkinliyi təmin edə bilir.