Bu şəhərdə ilk uçan taksi xidməti fəaliyyətə başlayır

Sadə xəbər
DÜNYA 12.02.2024 2751

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.

“Saat24.az” xəbər verir ki, bu barədə BƏƏ-nin WAM agentliyi açıqlama yayıb.

Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək. Açıqlamada qeyd olunub ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin tullantıları sıfıra yaxındır.

Bildirilib ki, bu taksilərin maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometrdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top