Kim Çen In Cənubi Koreyanı işğal etməyə hazır olduğunu açıqladı

DÜNYA 09.02.2024 3317

KXDR Cənubi Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edir və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazırdır.

"Saat24.az" Koreya Mərkəzi Xəbər Agentliyinə  istinadla xəbər verir ki, bu bəyanatla Şimali Koreya lideri Kim Çen In çıxış edib.

"Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanmasının və qarşıdurmasının tarixini yekunlaşdırdı", - deyə Kim Çen In ifadə edib. 

O, “Cənubi Koreyalı kuklaları” ölkənin daimi əsas düşməni adlandırıb. Şimali Koreya liderinin sözlərinə görə, onların ərazilərinin işğalı ilə bağlı qərar fövqəladə vəziyyət yarandıqda veriləcək.

Fevralın əvvəlində Kim Çen In KXDR donanmasını müharibəyə hazırlaşmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırmışdı. 

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top