Sadə xəbər
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər yüzlərlə insanın hələ də itkin olduğunu, ölənlərin sayının artacağını bildirirlər.
Ötən həftədən başlayan yanğının turist zonası olan iki sahil şəhəri - Vina del Mar və Valparaisoya yaxınlaşdığı bildirilir. Yanğınlarla əlaqədar zərər çəkən bölgələrdə komendant saatı elan edilib, həmçinin yanğınsöndürənlərə yardım etməsi üçün ordu hissələri göndərilib.