"Moyka"dan maşın qaçırdı - Qəzaya düşdü

Sadə xəbər
CƏMİYYƏT 05.02.2024 2867

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

"Saat24.az" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top