
Bu gün hakim “Gürcü arzusu” partiyasının siyasi şurasının iclası və qurultayı keçiriləcək.
"Saat24.az" gürcü mətbuatına istinadən xəbər verir ki, ölkənin baş nazirinin namizədliyi siyasi şurada təsdiqlənəcək, partiyanın qurultayında isə siyasi qüvvənin yeni prezidenti seçiləcək.
Gözlənilir ki, hakim partiya baş nazir postuna partiyanın hazırkı sədri İrakli Kobaxidzenin, prezident postuna isə istefa vermiş baş nazir İrakli Qaribaşvilinin namizədliyini irəli sürəcək. Gələn həftə parlament yeni baş nazir və hökumətin tərkibini təsdiqləməyi planlaşdırır.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib.