Beynəlxalq Ədalət Məhkəməsi bu işdə Moskvanı təqsirli bildi

DÜNYA 01.02.2024 2917

Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanı Ukraynanın şərqində antiterror sazişini pozmaqda təqsirli bilib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Ukrayna və Rusiya arasındakı müharibə ilə bağlı yekun qərarını dünya ictimaiyyəti ilə bölüşüb.

Bildirilir ki, Rusiya Ukraynanın rus etnik əhalisinin sıx yaşadığı Donetsk və Luqansk vilayətlərində insanlara qarşı soyqırım törədib  və Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.

Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna və Rusiya arasındakı işdə Moskva administrasiyasını günahlandırıb. 

Xatırladaq ki, Donetsk və Luqansk vilayətlərində separatçılar qondarma hökumətlər elan ediblər və Rusiya bu hökumətləri tanıyıb. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, onların məqsədi “Kiyev tərəfindən soyqırıma məruz qalmış insanları qorumaq və Ukraynanı nasizm və militarizmdən təmizləməkdir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top