Texas ştatının qubernatoru Qreq Ebbott jurnalist Taker Karlsona verdiyi müsahibədə ştatın sərhədlərinin qeyri-qanuni miqrantlardan qorunması məsələsində federal hakimiyyət orqanları ilə münaqişəyə hazır olduğunu bildirib.
"Saat24.az" xarici mediaya istinadən xəbər verir ki, qubernator bu açıqlamanı ABŞ Ali Məhkəməsinin Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış 30 mil (təxminən 48 km) məftilli hasarın sökülməsinə qərarından sonra verib. Məhkəmənin qərarı Sərhəd Xidmətinə naqilləri kəsməyə icazə verib.
Bundan sonra miqrasiya böhranı fonunda ABŞ-nin ən böyük ştatlarından biri olan Texasın Şimali Amerika əyalətindən ayrılması məsələsi gündəmə gəlib. Məsələ ilə bağlı referendum keçirilməsi də irəli sürülüb.
Bundan başqa, Texas Milli Qvardiyası federal sərhədçilərin Rio-Qrande çayı boyunca Meksika ilə sərhədin bir hissəsinə (təxminən 4 km uzunluğunda) girişini əngəlləyib. Dövlət orqanları dəfələrlə bəyan ediblər ki, ABŞ administrasiyası sərhədi lazımi şəkildə qorumur və bu, qeyri-leqal miqrantların artmasına səbəb olub.
Ağ Evdən verilən açıqlamada "Texas ştatının hakimiyyət orqanları öz hərəkətləri ilə ABŞ-Meksika sərhədində böhran vəziyyətini gərginləşdirir" deyilir.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp, İlon Mask, eləcə də 25 ştatın respublikaçı qubernatorları Ebbottu dəstəkləyiblər.