Qazaxıstanda güclü zəlzələ oldu

Sadə xəbər
DÜNYA 23.01.2024 3023
Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.

"Saat24.az" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.

Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.

Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.

Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanana səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top