ABŞ səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi

Sadə xəbər
DÜNYA 20.01.2024 3040

ABŞ-nin Azərbaycandakı yeni səfiri Mark Libbi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“Saat24.az” xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin feysbuk hesabında paylaşım edilib. 

“Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüzünlə başsağlığı veririk”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, yanvarın 18-i Prezident İlham Əliyev səfir Mark Libbinin etimadnaməsini qəbul edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top