İraq İranı BMT Təhlükəsizlik Şurasına şikayət edib

Sadə xəbər
DÜNYA 17.01.2024 1205

İraq Xarici İşlər Nazirliyi İranın İraqın Ərbilə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antonio Quterreşə iki eyni məktub göndərib.

Saat24.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu  barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“İranın raket hücumu mülki əhalinin tələfatı, başqalarının yaralanması, dövlət və şəxsi əmlaka ziyan vurması ilə nəticələnib. Bu hücum İraqın suverenliyi, ərazi bütövlüyü və İraq xalqının təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır", - nazirlik vurğulayıb.

Xatırladaq ki,  İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq və Suriyadakı hədəflərə zərbələr endirib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top