Almaniya Müdafiə Nazirliyi Rusiya Federasiyası Silahlı Qüvvələrinin hücumuna qarşı fəaliyyət planı hazırlayır.
"Saat24.az" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bir neçə həftə ərzində NATO ilə Rusiya Federasiyası arasında gərginlik yaranacaq. Məqalədə o da deyilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya genişmiqyaslı hücuma keçəcək və Qərb dövlətlərinin köməyinin çatışmazlığı ilə üzləşən Ukrayna Silahlı Qüvvələrini məğlub edəcək.
"Bild" yazır ki, Almaniya Müdafiə Nazirliyi bundan sonra Baltikyanı ölkələrdə etnik toqquşmaların başlayacağını, bunun fonunda Rusiya ordusunun Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcəyini gözləyir. Qeyd edilir ki, NATO “etibarlı çəkindirmə” üçün şərq cinahına 300 min əsgər yerləşdirəcək.