Ermənistan Araz çayı üzərində bənd tikəcək

Manşet
DÜNYA 13.01.2024 3056

Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün bəndin tikintisi layihəsi Türkiyə ilə razılaşdırılır.

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Hazırda layihə sənədlərinin Rusiya Sərhəd Qoşunlarının rəhbərliyi ilə, lazım gəldikdə isə Türkiyə tərəfi ilə razılaşdırılması və onların prosedurlarının müzakirəsi mərhələləri davam edir, bundan sonra tikinti işlərinə başlanılacaq", - deyə məlumatda bildirilir.

Araksavan və Burastan icmalarında Araz çayını əvvəlki səviyyəsinə qaytarmaq üçün bənd tikintisi Ermənistana təxminən 1 milyon dollara başa gələcək. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top