![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/12/26/1/754494ff-1627-4346-8b47-5a38d6828215/1703573469_1jpg-khupqzfxvesbv_my_ovw_a.jpg)
İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağına etdiyi hücumlarda gündə ən azı 106 fələstinli uşağı öldürüb.
"Saat24.az" xəbər verir ki, Fələstin hökumətinin Qəzzadakı media bürosundan verilən açıqlamada İsrailin Qəzzaya 80 gündür təşkil etdiyi hücumlarda 8 min 500 uşaq və 6 min 300 qadının həlak olduğu bildirilib.
Açıqlamada, 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü qeyd olunub. Həmçinin, İsrailin hücumlarında 103 jurnalist həyatını itirib.
Bəyanatda İsrail qüvvələrinin 101 səhiyyə işçisi və 9 jurnalisti həbs etdiyi bildirilərək, 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,8 milyon insanın didərgin düşdüyü vurğulanıb.