"İrəvanda "Artsax" hökuməti ola bilməz" - Şahramanyan ittiham olundu

DÜNYA 26.12.2023 1117

"Samvel Şahramanyan Ermənistanda dövlətçiliyi sarsıtmaq missiyasını daşıyır".

"Saat24.az" xəbər verir ki, bu barədə Xristian-Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan bildirib. 

"Rusiya FTX-si iş bölgüsü aparıb, cinayəti ört-basdır etmək üçün (separatçıların) bir hissəsini Bakı həbsxanalarına göndərib, bunu da təzə kadr kimi Ermənistana göndərib ki, Ermənistanın həyatını sarsıtsın, dövlətdə ikililik salsın. Bizim hökumətin və Milli Təhlükəsizlik Xidmətini bu adamla məşğul olacaq. İndi bu adamın funksiyası var və onu yerinə yetirir, sabah başqa iş görəcək", - deyə siyasi şərhçi deyib. 

Sukiasyanın sözlərinə görə, Şahramanyan hazırda siyasi aktyor deyil, amma ola bilər: "Lazım gələrsə, lider də edəcəklər və bu adamlar diktatura yaratmaq yolu ilə gedəcəklər.

İrəvanda "Artsax" hökuməti ola bilməz".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top