Gündə doqquz saat işləməkdən şikayətlənən 21 yaşlı amerikalı Brielle Asero sosial mediada gündəm olub.
"Saat24.az" xəbər verir ki, Nyu-Cersidə yaşayan Asero oktyabr ayında sosial mediada paylaşdığı mesajda 9 saat iş həyatına uyğunlaşmaqda çətinlik çəkdiyini göz yaşları içində açıqlayıb.
"Saat 7.30-da qatara minib, ən tez 18.15-ə qədər evə getmirəm. Mənim heç nə etməyə vaxtım yoxdur", - deyə o, bildirib.
Gənc qızın videosu TikTok-da 2,3 milyondan çox baxış və minlərlə bəyənmə toplayıb. Bundan sonra amerikalı işdən çıxarılıb.
Cənubi Karolina Universitetinin məzunu Asero son videosunda da çalışdığı startap şirkətindən işdən çıxarıldığını və pulunun olmadığını açıqlayıb. Bu işi 5 aya tapdığını deyən Asero işdən qazandığı bütün pulların artıq yaşayış xərclərinə getdiyini və heç bir pul yığa bilmədiyini, ona görə də indi qəpiksiz olduğunu bildirərək, kömək istəyib.