"Nisbi sülh təmin olundu" - Hikmət Hacıyev

Manşet
SİYASƏT 20.12.2023 1883

"Bakı İrəvanla sülh müqaviləsi və münasibətlərin normallaşdırılması üzrə birbaşa danışıqların aparılmasının tərəfdarıdır".

"Saat24.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib. 

"Azərbaycan birbaşa sülh danışıqlarını dəstəkləyir, eyni zamanda biz digər vasitəçilik səylərindən də imtina etmirik. Ən vacibi odur ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi bağlasın. Sülh əldə olunandan sonra inanıram ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilərlər". 

Hikmət Hacıyev vurğulayıb ki, bu son üç ayı Azərbaycan və Ermənistanın müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan-Ermənistan münasibətləri tarixində ən sakit dövr hesab etmək olar: "Nisbi sülh təmin olundu, indi sülh müqaviləsinin imzalanması da daxil olmaqla, onu uzunmüddətli sülhə çevirməyin vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top