![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/12/13/1/7a6d1e6d-9c6e-4dba-93fa-fbce51d0dd51/1702452833cari_vergi_dmlri_638380654558353143.jpg)
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
"Saat24.az" xəbər verir ki, dörd qrupda keçiriləcək səkkiz oyunla pley-offun son iki iştirakçısı bəlli olacaq.
Həmçinin mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gələcək.
E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyacaq.
F qrupunda 1/8 final mərhələsinə vəsiqəyə üç komanda iddia edir. Bunlar Fransanın PSJ, İngiltərənin “Nyukasl” və İtaliyanın “Milan” kollektivləridir.
G qrupunda bütün suallara aydınlıq gəlib.
H qrupunda isə Portuqaliya “Portu”su ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu pley-off mərhələsinə vəsiqənin sahibini öz aralarındakı matçda müəyyənləşdirəcək.