Moskvada uşaq satan cinayətkar qrup aşkarlandı

DÜNYA 13.12.2023 1782

Moskvada müəyyən xeyriyyə fondlarının fəaliyyətinə əsaslanan cinayət dəstəsi üzə çıxıb.

"Saat24.az" rus mətbuatına istinadən xəbər verir ki, dəstə övladlarından qurtulmaq istəyən qadınlarla işləyib.

Məlumata görə, bu fondların işçiləri hamilə qadınları Moskvaya dəvət edib, onlara müxtəlif müayinələr vəd ediblər.

"Guya ki, qadınlar bunun köməyi ilə müxtəlif patologiyalar haqqında tibbi rəy alacaqlar. Bu da onlara xəstələnməyə imkan verəcək. Daha sonrakı mərhələlərdə abort... Zərərçəkmişlər bütün pullarını bu xidmətlərə xərcləyərək dolanışıqsız qalıblar. Bu zaman fondun əməkdaşları onları qadın sığınacaqlarının işini idarə edən Natalya P-nin fəaliyyəti ilə tanış ediblər. O, qadınlarla psixoloji iş aparıb, onları uşaq dünyaya gətirməyə inandırıb, sonra Yuliya L. ilə anaları tərəfindən tərk edilmiş körpələri qəbul edib. Təhlükəsizlik əməkdaşları hesab edirlər ki, Yuliya və Natalya bu sxemlə ən azı 13 uşağı “əldə ediblər”", - KİV yazıb.

Hazırda polis faktla bağlı araşdırma aparırır. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top