Baydenin Avropadakı baş müşaviri istefa verdi

Sadə xəbər
DÜNYA 10.11.2023 1946

ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.

"Saat24.az" xarici mətbuata istinadən xəbər verir ki, Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.

"Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum", - Slout deyib.

Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top