Bu vərdişlər insan beynini sürətlə QOCALDIR

Manşet
CƏMİYYƏT 04.11.2023 2142

Nevroloqlar Zaldi Tan və Rendall Rayt tənha insanların və gecə növbəsində işləyən peşə sahiblərinin beynində qocalma prosesinin daha sürətlə getdiyini bildiriblər.

"Saat24.az" xəbər verir ki, onların bu barədə araşdırmasını “HuffPost” dərc edib.

Z.Tan deyib ki, pensiyaya çıxandan və ya hər hansı həyat şərtlərindən sonra baş verən sosial izolyasiya (təcridolunma) beynin daha sürətlə yaşlanmasına gətirib çıxara bilər. O izah edib ki, başqa insanlarla ünsiyyət zamanı insanın beynində çoxlu sayda informasiya emal olunur və o, müxtəlif qərarlar verir və ya nəticələr çıxarır.

“Beynimiz bu fəaliyyətlə məşğul olmayanda, bəzi sinir kanalları artıq istifadə olunmur və diqqət başqa yerə ötürülür və ya seyrəlməyə başlayır. Bu isə koqnitiv funksiyaların azalmasına gətirib çıxara bilər”, - deyə Z.Tan vurğulayıb.

O, daha sonra bildirib ki, arterial təzyiqin oynaması hallarına məhəl qoyulmaması vərdişinin də beyni sürətlə qocaldır, çünki yüksək təzyiq demensiyanın və qocalıqdan yaranan əqli zəifliyin sürətli inkişafına təkan verə bilər:

“Yeni biliklər əldə etmək istəməmək vərdişi də beyni yaşlandırır. Plastiklik zəkamızın bacarığıdır və beynimizin dəyişikliklərə adaptasiyası deməkdir. Daha yüksək təhsilə və biliyə malik insanlarda demensiya hallarına çox az rast gəlinməsinin açıqlaması məhz oxumaq vərdişi ola bilər”.

XƏBƏR LENTİ
07.10.2024 2013

DİGƏR XƏBƏRLƏR

Loading
Top