Amerikalı aktrisa və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzada Cibaliye Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya göstərərək atəşkəs çağırıb.
"Saat24.az" xəbər verir ki, dünya şöhrətli sənətçi şəxsi "Instagram" hesabında qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini paylaşaraq “Bu, qaçmağa yeri olmayan, tələyə düşmüş cəmiyyətə qəsdən edilən hücumdur” deyib.
Coli Qəzzənin son 20 ildə açıq həbsxana olduğunu və bu gün sürətlə kütləvi məzarlığa çevrildiyini vurğulayıb.
Tərəfləri atəşkəsə çağıran aktrisa, "Humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar", - bildirib.
Qəzza Səhiyyə Nazirliyi ötən gün İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücum etdiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, hücumda ilkin təsbitlərə görə 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 Məhəllə məhəlləsinin tamamilə dağıdıldığı bildirilib.