Çin şirkətləri İsraili xəritələrdən sildi - FOTO

Sadə xəbər
DÜNYA 01.11.2023 1852

Çinin aparıcı texnologiya şirkətləri "Alibaba" və "Baidu" İsrailin rəsmi adını internetdə mövcud olan rəqəmsal xəritələrdən çıxarıb.

"Saat24.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşr vurğulayır ki,  şirkətlər HƏMAS ilə toqquşmadan sonra İsraili xəritələrindən silib.

"Baidu və Alibaba artıq İsrailin adını çəkmir. Baidu-nun çin dilli onlayn xəritələri İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədlərini, həmçinin Fələstin ərazisini və böyük şəhərlərini müəyyənləşdirir, lakin ölkənin adı ilə dəqiq müəyyən edilmir”, - hesabatda deyilir.

Çin şirkətləri bu addımın arxasında indiyə qədər heç bir açıqlama verməyib.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top