"İsrailin son hücumları siyasi intihara bənzəyir" - İranın müdafiə naziri

Sadə xəbər
DÜNYA 23.10.2023 2535

"İsrailin fələstinlilərə qarşı son hücumları siyasi intihara bənzəyir".

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani suriyalı həmkarı Əli Mahmud Abbasla telefon danışığında bildirib.

Onun sözlərinə görə, “Sionist rejim Qəzza zolağındakı qeyri-insani cinayətlər vasitəsilə öz əsl mahiyyətini ortaya qoyub”.

İranın müdafiə naziri həmçinin, İsrailin Suriya hava limanlarına hücumunu pisləyib və deyib:

"İsrail bu cür hərəkətləri ilə yaratdığı saxta görüntüdən xeyli zəif olsa da, bütün cəbhələrdə ciddi cavab verməyə qadir olduğunu iddia etməyə çalışır".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top