Ukrayna əsgərləri çətin müalicə olunan infeksiyalara yoluxublar

Sadə xəbər
DÜNYA 02.10.2023 1975

Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərləri antibiotiklərlə müalicəsi mümkün olmayan infeksiyalara yoluxublar.

"Saat24.az" xəbər verir  ki, bu barədə Financial Times (FT) yazır.

Nəşrin məlumatına görə, 2023-cü ilin əvvəlində Almaniyadakı Amerika hərbi xəstəxanalarının birində həkimlər yaralı ukraynalı əsgəri müayinə edib və onun orqanizmindəki infeksiyanın demək olar ki, bütün mövcud antibiotiklərlə müalicə oluna bilməyəcəyini aşkar ediblər.

FT qeyd edir ki, oxşar hallar 2022-ci ilin fevralından təkcə Ukraynada deyil, yaralı ukraynalı əsgərlərin çatdırıldığı digər Avropa ölkələrində də qeydə alınıb. Həkimlər bir insanın həm Ukrayna xəstəxanalarında, həm də digər ölkələrdəki qaçqın mərkəzlərində yoluxa biləcəyini irəli sürüblər.

Bu ilin sentyabrında Xarkovda  minə yaxın ukraynalı hərbçi legioner xəstəliyinin alovlanması səbəbindən xəstəxanaya yerləşdirilib. Xəstəliyin Ukraynaya Polşadan gəldiyi güman  edilir.  

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top