Çin ABŞ-ın iki şirkətinə sanksiya tətbiq etdi

DÜNYA 16.09.2023 1922

Çin Tayvana silah satdığına görə ABŞ-ın iki müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edib.

"Saat24.az" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Sanksiya tətbiq olunan “Lockheed Martin” şirkəti avqustun 24-də açıqlanan Tayvana silah satışında birbaşa iştirak edib, “Northrop Grumman” şirkəti isə bir neçə dəfə bu prosesə cəlb olunub.

Çin XİN sanksiyaların ölkənin xarici sanksiyalara qarşı qanuna əsasən qəbul olunduğunu açıqlasa da, onun detalları barədə məlumat verməyib. Çin əvvəllər də Tayvana silah satışına görə ABŞ şirkətlərinə bir neçə dəfə sanksiya tətbiq edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top