Çinin müdafiə naziri işdən çıxarılıb

Sadə xəbər
DÜNYA 15.09.2023 1107

Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən uzaqlaşdırılıb.

Saat24.az xəbər verir ki, bu barədə  "Financial Times" mənbələrə istinadən məlumat yayıb. 

Nəşr qeyd edib ki, Li Şanfu iki həftədən artıqdır ki, ictimaiyyət arasında görünmür. 

O, sentyabrın 7-8-də Vyetnam və Çin arasında keçiriləcək illik müdafiə əməkdaşlığı toplantısında iştirak etməli idi, lakin iki gün sonra səfəri "sağlamlıq səbəbi ilə" ləğv edib.  Li Şanfu 2023-cü il martın 12-də müdafiə naziri vəzifəsinin icrasına başlayıb. Avqustun 16-da o, Belarusa rəsmi səfərə gedib.  Minsk hava limanında onu müdafiə naziri Viktor Xrenin qarşılayıb. Ertəsi gün Li Şanfu Aleksandr Lukaşenko ilə görüşüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top