Rusiya Finlandiya ilə sərhəddə hərbi bazalar qurur

DÜNYA 11.09.2023 1063

Rusiya Federasiyası Finlandiya ilə sərhəd yaxınlığındakı hərbi bazalarını təchiz etməyə başlayıb.

Saat24.az  xəbər verir ki, Alakurtti qarnizonunun ərazisində texniki xidmət və texnikanın saxlanması üçün anqarlar meydana çıxıb.

Finlandiyanın Yle nəşri müvafiq dəyişiklikləri göstərən peyk şəkillərini dərc edib . Fotoda Alakurtti qarnizonunun ərazisində və Petrozavodskdakı hərbi anbarda texniki xidmət və texnikanın saxlanması üçün tikilmiş anqarlar göstərilir. Qeyd olunur ki, bu obyektlər Moskvanın Finlandiya sərhədi yaxınlığındakı hərbi bazalara yenidən investisiya qoymağa başladığının ilk sübutudur.

Finlandiyanın müdafiə naziri Antti Hakkänen hesab edir ki, bu cür dəyişikliklər ölkə üçün təhlükə yaratmır. Eyni zamanda, istefada olan Finlandiya ordusunun mayoru Marko Eklunda qeyd edib ki, Petrozavodskdakı hərbi anbarın əsas vəzifəsi böyük ehtimalla Ukraynaya qarşı müharibə üçün avadanlıq tədarük etməkdir.

"Güman edirəm ki, orada ucaldılan anqar təmirlidir. Yəni payız-qış soyuğunda üstü örtülü tikilir ki, avadanlıqlara xidmət göstərilsin", - deyə hərbçilər bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top