İrəvan-Qafan reysi yenə baş tutmadı

DÜNYA 28.08.2023 2027

İrəvan-Qafan reysi ilə uçan təyyarə bu gün Ermənistanın paytaxtından havaya qalxsa da, Sünikdə enə bilməyib və İrəvana qayıdıb.

"Saat24.az" erməni mediasına istinadən xəbər verir ki, buna səbəb kimi yenidən hava şəraiti göstərilib. 

Qeyd edək ki, avqustun 25-də də İrəvan-Qafan reysi baş tutmayıb. Həmin gün də əlverişsiz hava şəraiti əsas göstərilmişdi. 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, bu həftədən etibarən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafanda müntəzəm reyslər həyata keçiriləcək.

Azərbaycanla sülh müqaviləsi imzalamadığı halda Ermənistanın sərhəddə hava limanını istifadəyə verməsi ölkəmizdə etirazla qarşılanmışdı.

Ermənistan bu aeroportun açılışını indiyədək "təhlükəsizlik səbəbi ilə” bir neçə dəfə təxirə salıb.

XƏBƏR LENTİ
15.07.2024 2543

DİGƏR XƏBƏRLƏR

Loading
Top