Ermənilərin Xocalı istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alındı

Sadə xəbər
DÜNYA 21.08.2023 1937

Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən "Saat24.az"a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ
24.07.2024 2056

DİGƏR XƏBƏRLƏR

Loading
Top