Bu ölkə vətəndaşlarını Livanı təcili tərk etməyə çağırdı

Sadə xəbər
DÜNYA 05.08.2023 1810

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə və silahlı münaqişə bölgələrinə yaxınlaşmamağa çağırıb.

"Saat24.az" xarici mediaya istinadən xəbər verir ki, səfirlik tərəfindən edilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarına silahlı qarşıdurmaların getdiyi ərazilərə yaxınlaşmamaları barədə xəbərdarlıq edilib və Livan ərazisini dərhal tərk etmələri istənilib.

Həmçinin, Səudiyyə Ərəbistanı vətəndaşlarının Livana səyahətini qadağan edən qərara əməl etməyin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Livandakı ən böyük qaçqın düşərgəsi olan Ayn əl-Halvada iyulun 29-dan bəri fələstinli qruplar, o cümlədən Fəth Hərəkatı arasında baş verən qarşıdurmalarda 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top