İran Ermənistana pikaplar göndərir

Sadə xəbər
DÜNYA 01.08.2023 2068

İranın avtomobil istehsalçısı “Iran Khodro” Ermənistana “IKCO Arisun 2” pikaplarının çatdırılmasına başlayıb. 

“Saat24.az” xəbər verir ki, bu barədə “Çarxan” agentliyi məlumat yayıb. 

Avtomobillər köhnə “Peugeot 405” modeli əsasında hazırlanıb və 97 at gücünə malik 1,8 litrlik benzinli atmosfer mühərriki ilə təchiz edilib. Pikapların yükgötürmə qabiliyyəti 750 kq-dır.

Avadanlıqların siyahısına arxa dayanacaq sensorları, kondisioner, iki təhlükəsizlik yastığı, elektrik şüşələr, audiosistem və digər seçimlər daxildir. 75 litrlik metan silindrli iki yanacaqlı versiya da təklif olunur. Maşınların qiyməti açıqlanmayıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top