
Bağdadda Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar İsveç səfirliyinin binasına soxulublar.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar səfirliyi ələ keçirib və yandırıblar.
Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
Daha əvvəl bildirilmişdi ki, İsveç polisi iyulun 12-də Helsinqborqun mərkəzində dini kitabın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib. Hadisədən sonra BMT Quran və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.