
ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis 2024-cü ildə prezidentliyə namizəd olacaq.
"Saat24.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr siyasətçinin növbəti həftə namizədliyini rəsmən elan edəcəyini bildirib: "Florida qubernatoru Ron DeSantis gələn həftə rəsmi olaraq prezidentlik yarışına qatılacaq".
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
Respublikaçı Nümayəndə DeSantis partiyanın yenidən namizədliyi uğrunda eks-prezident Donald Trampın əsas rəqibi kimi görünür.