İranda qarşıdurmada 3 SEPAH zabiti ÖLDÜRÜLDÜ

DÜNYA 15.05.2023 2923

İranın Sistan və Bəluçistan əyalətində SEPAH qüvvələri ilə etnik bəluçlar arasında silahlı qarşıdurma meydana gəlib.

"Saat24.az" xəbər verir  ki,  bu barədə "Azad Telegram" kanalı məlumat yayıb. 

Bildirilir ki,  əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurma nəticəsində üç SEPAH üzvü və iki etnik bəluç ölüb, bir neçə nəfər isə yaralanıb.  

Hadisənin təfərrüatı barədə əlavə məlumat verilmir. Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açdıqdan sonra başlanıb.

Əyalətin polis idarəsinin rəisi Dostəli Cəliliyan isə silahlı qarşıdurmanın baş verdiyini təsdiqləyib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini iddia edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top