Türkiyədə xarici səslərin 70 faizi sayılıb

DÜNYA 15.05.2023 2059

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident və parlament seçkilərinə verilən xarici səslərin sayılması davam edir. 

"Saat24.az" Türkiyə KİV-ə istinadla bildirir ki, artıq xaricdə verilən səslərin 70,1 faizi sayılıb. 

Nəticələrə görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 54,9 faizlə liderdir. İkinci yerdə CHP lideri Kamal Kılıçdaroğlu 41,7 faiz səslə qərarlaşıb. ATA Alyansının namizədi Sinan Oğana xaricdə yaşayan türklər 2,2 faiz səs verib. 

Seçkilərə son üç gün qalmış namizədliyini geri götürən Məhərrəm İncə isə səslərin 1,2 faizini toplayıb. 

Ümumi səsvermələr isə belədir: 

Rəcəb Tayyib Ərdoğan - 49,34%
Kamal Kılıçdaroğlu - 45,00%
 Sinan Oğan - 5,23%

Qeyd edək ki, açılmayan sandıqlar ümumi sandıqların 1,4 faizini təşkil edir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top