Mərkəzi Bank inflyasiya proqnozunu AÇIQLADI

İQTİSADİYYAT 03.05.2023 1821

“2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalıb”.

Bu barədə "Saat24.az"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib:

“İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6% və 10.8% təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır.

Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7% olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20.4% təşkil edib. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15.2% artıb. İnflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalır. Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0.4% bəndi artırılaraq 7% səviyyəsində müəyyən edilib”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top