Rusiya Ermənistana verdiyi təbii qazın nəqlini DAYANDIRDI

DÜNYA 01.05.2023 1152

Təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

Saat24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Rusiyanın Stavropol diyarında “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması məqsədilə mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılıb",- KİV-də  qeyd olunub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top