"Ukrayna mövcud olmayan ölkədir" - Orban (VİDEO)

DÜNYA 14.04.2023 1600

Avropa ölkələri və ABŞ ona dəstəyi dayandıran kimi Ukraynadakı münaqişə sona çatacaq.

"Saat24.az" xəbər verir ki,  bunu  Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib. 

"Ukrayna maliyyə baxımından mövcud olmayan ölkədir. İqtisadi göstəricilərin azalması böyükdür. Müharibə səbəbindən bu tamamilə başa düşüləndir. Ukrayna özünü maliyyələşdirə bilmir".

Eyni zamanda Orban qeyd edib ki, Avropa ölkələri Ukraynanın saxlanmasına on milyardlarla dollar xərcləyir: bu pullar dövlət qurumlarına, səhiyyəyə, təhsilə və Ukraynanın pensiyalarına gedir.

"Bunlar böyük məbləğlərdir, bir neçə on milyardlarla avrodur, Avropa iqtisadiyyatını əldən verir. Bu, sonsuza qədər davam edə bilməz", - Macarıstanın baş naziri izah edib. 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top