"Minsk Qrupunun işi dondurulub" - ATƏT sədri

DÜNYA 13.04.2023 1808

"ATƏT-in Minsk Qrupunun işi hazırda dondurulub, lakin müvafiq şəraitdə ondan istifadə etmək olar".

"Saat24.az" "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ATƏT Minsk Qrupunu dəstəkləyir və təşkilat onun işi ilə bağlı bəzi tərəflərin fərqli fikirləri, eləcə də dəyişmiş geosiyasi şərait, həmsədrlər arasında münasibətlərin dinamikası və birgə işin olmamasından xəbərdardır.

“Minsk qrupunun işi hazırda dondurulub. Amma mən inkar edə bilmərəm ki, Minsk Qrupunun formatı lazımi şəraitdə lazım ola bilər. ATƏT təkcə Minsk Qrupu deyil, təşkilatın ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə biləcək bir çox başqa alətləri və mexanizmləri var”, - deyə Osmani bildirib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top