İsrail məsciddə 200 fələstinlini nəzarətə götürdü - FOTOLAR

DÜNYA 05.04.2023 1251
İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

Saat24.az xəbər verir ki, polis məsciddə fələstinlilərə polis səs bombaları və rezin güllələrlə müdaxilə edərək 200 nəfəri nəzarətə götürüb.

Aralarında qadın və uşaqların da olduğu məscidinin qapıları bağlanılıb. Vadi Halva İnformasiya Mərkəzinin vəkili Firas əl-Cebrini Fələstin mətbuatına verdiyi açıqlamada baş verən hadisələrdən sonra Məscidül-Əqsada olan 200 fələstinlinin İsrail polisi tərəfindən nəzarətə alındığını açıqlayıb.

Cəbrini qeyd edib ki, həbsdə olan 200 fələstinli işğal altındakı Qüdsün İsaviyə və Anata qəsəbələri arasındakı Motsadat Adomim Hərbi Bazasına köçürüləcək.








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top