Moskvada Suriya ilə bağlı görüş başladı

DÜNYA 04.04.2023 1539

Moskvada Türkiyə, Rusiya, Bəşər Əsəd rejimi və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüş başlayıb.

"Saat24.az" xəbər verir  ki,Rusiya Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovun açılış nitqi ilə çıxış etdiyi iclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edir. 

Rusiyanı təmsil edən prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd rejimini təmsil edən xarici işlər nazirinin müavini Eymen Susan görüşdə yer alıb.  

Tərəflər nazirlərin hansı gündəliyi görüşə biləcəyi və hansı əməkdaşlıq sahələrini nəzərdən keçirə biləcəkləri barədə fikir mübadiləsi aparacaqlar.

Görüş mətbuata qapalı keçirilir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top