Monteneqronun keçmiş iqtisadiyyat naziri prezident seçildi

DÜNYA 03.04.2023 1719

Monteneqronda keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç qələbə qazanıb.

"Saat24.az" xəbər verir ki, bu barədə paytaxt Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) sorğusunda qeyd olunub.

Bildirilib ki, hazırda hakimiyyətdə olan prezident Milo Cukanoviçə qalib gələn Milatoviç səslərin 60,1 faizini qazanıb. Cukanoviç ilk turda 35,3 faiz, Milatoviç isə 28,9 faiz səs toplayıb.

Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç sonuncu dəfə 2018-ci ildə seçilmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top